"Eyfel qülləsinin yerində heykəlimi qoysalar, qalaram"


PSJ Fransa 1-ci Liqasının sonuna bir neçə tur qalmış növbət çempionluğunu rəsmiləşdirib. 30-cu turda "Troyes" klubunu 9 cavabsız qolla məğlub edən parislilərin veteran hücumçusu Zlatan İbrahimoviç 4 qolla yadda qalıb.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq ulduz futbolçu hansı şərtlər daxilində hazırkı klubunda qala biləcəyini zarafatla cavablandırıb.

"Burada daha 1.5 ay futboldan həzz alacam. Mövsümlərarası fasilədə nə olacaq, bilmirəm. Amma böyük ehtimalla PSJ-də qalmaycam. Klub rəhbərliyi Eyfel qülləsini mənim heykəlimlə əvəz edə bilməz. Ancaq bunu etsələr, söz verirəm ki, qalacam".

İbrahimoviçin yayda karyerasını Premyer Liqa klubunda davam etdirəcəyi, daha sonra Devid Bekhemin klubu "Miami"nin heyətinə qoşulacağı təxmin olunur.

Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR