Əvvəllər məhkum olunmuş şəxslərdən silahlar götürülüb

Əvvəllər məhkum olunmuş şəxslərdən silahlar götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Bundan başqa, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR