Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı

Evlənmək istəyən 108 nəfərdə QİÇS aşkarlandı

İyul ayında nikaha daxil olmaq istəyən 536 nəfərdə talassemiya daşıyıcılığı, 96 nəfərdə sifilis, 11 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb.

Aktual.az  bildirir ki, bunu azvision.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 

Direktor qeyd edib ki, ötən ay nikaha daxil olmaq istəyən 16 min 379 nəfər tibbi müayinədən keçib:

"6 cütlükdə isə talassemiya daşıyıcılığı aşkarlanıb. Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 169 min 38 nəfər müayinədən keçib. Onlardan 8 min 39 nəfərdə talassemiya daşıyıcılığı, 603 nəfərdə siflis, 108 nəfərdə isə QİÇS aşkarlanıb. 64 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb".

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR