ETSN vətəndaşlara pulsuz tinglər paylayacaq

ETSN vətəndaşlara pulsuz tinglər paylayacaq

Ölkə Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə "Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Bu barədə Aktual.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Aksiya 9, 12, 17 noyabrda saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-in mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək.
Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.
 
Aktual.az
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR