Ermənistanın vitse-spikeri: "Məni və ailəmi hədələyirlər"

Ermənistanın vitse-spikeri:
  • DÜNYA

Ermənistan parlamenti sədrinin müavini Arpine Ovannisyan ailəsi ilə birlikdə hədələndikləri üçün polisə müraciət edib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.
O, sosial şəbəkələrdə ünvanına təhqiredici ifadələr yazanların cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Mən hər belə şərhlə bağlı məhkəməyə müraciət edəcəyəm. Öz hüquqlarımı müdafiə etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyəm”.
Qeyd edək ki, Arpine Ovannisyan keçmiş hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, Avropa ŞurasıParlament Assambleyasında (AŞPA) Ermənistan nümayəndə heyətinin başçısıdır. 
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR