Ermənistanın Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktı aşkarlanıb

Ermənistanın Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktı aşkarlanıb
  • DÜNYA

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktını ortaya çıxarıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri təchizatçı şirkətlə danışığa gedərək çatdırılmaları sazişlərini şişirdilmiş qiymət olan müqavilələr üzrə bağlayıblar.
Nəticədə Müdafiə Nazirliyi təchizatçıya malların bazar dəyərindən 21,7 milyon dram (təxminən 45 min dollar) çox vəsait köçürüb.
MTX-nın İstintaq şöbəsində cinayət işi başlayıb.
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR