Ermənistanın müdafiə naziri istefa verə bilər

Ermənistanın müdafiə naziri istefa verə bilər
  • DÜNYA

Ermənistan Müdafiə Nazirliyində keçirilən yoxlama nazir Seyran Ohanyanın istefası ilə nəticələnə bilər.

Aktual.az Report-a istinadən bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Müdafiə Nazirliyində bir həftədir yoxlama aparılır.

Nazir Seyran Ohanyanın ailə üzvləri, yaxınları və nazirliyin başqa məsul işçiləri yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.

"Transparency International"ın Antikorrupsiya Mərkəzinin bu yaxınlarda yaydığı hesabatda bildirilib: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var".

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR