Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
  • DÜNYA

Ermənistanın keçmiş deputatı, soyğunçuluq cinayət işi üzrə barəsində axtarış elan edilən Levon Sarkisyan Rusiyada saxlanılıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Levon Sarkisyan noyabrın 21-də Moskvanın Zelenoqrad rayonunda saxlanılıb. Keçmiş deputatın Ermənistana ekstradisiyası müzakirə olunur.
Polisin məlumatına görə, Sarkisyan barəsində soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilib.
O, 2008-ci ilin oktyabrında Ermənistanın Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetisyanın malikanəsinə qarət məqsədilə basqının sifarişçisi olub. Levon Sarkisyan 1999-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub. 
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR