"Ermənistandakı parlament seçkiləri pul seçkisi idi"


Biz "exit-poll"un nəticələrini tanımırıq və qəbul etmirik. Biz, ümumiyyətlə, heç bir sosial sorğuya ciddi yanaşmırıq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanda keçirilmiş parlament seçkilərində "Azad demokratlar" partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan deyib.

S.Safaryan qeyd edib ki, onlar Mərkəzi Seçki Komissiyasının nəticələrini, həmçinin dairə seçki məntəqələrində öz üzvlərindən məlumatları gözləyirlər:

"Çox təəssüf ki, bu seçkilər də əvvəlki seçkilərdən keyfiyyət baxımından heç nə ilə fərqlənmədi. Bu, pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz".

Seçkisonrası proseslərə gəlincə, o, seçkilərə tam yekun vurulmasını gözləyəcəklərini bildirib.
 
Aktual.az 
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR