Ermənistanda polkovnik -leytenant həbs edildi - Aprel döyüşlərinə görə

Ermənistanda polkovnik -leytenant həbs edildi   - Aprel döyüşlərinə görə

Ermənistan Müdafiə Nazirliyinin daha bir yüksək rütbəli hərbçisi həbs olunub. 

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan verib. Onun sözlərinə görə, həbs edilən hərbçi polkovnik-leytenant rütbəsi daşıyır: “Ermənistan Müdafiə Nazirliyinin hərbi polis xüsusi xidmətinin əməkdaşları tərəfindən hərbi komissarlıqlardan birinin polkovnik-leytenantı rütbəli işçisi həbs edilib”.

Ovannisyan hadisə ilə bağlı təfərrüatlar daha sonra təqdim olunacağını bildirib.

Qeyd edək ki, 4 günlük müharibədən sonra Ermənistan Müdafiə Nazirliyində işdən azad olunmalar və yüksək rütbəli hərbçilərin həbsi adət halını alıb. Vəzifədən xaric edilənlər və həbs olunanlar arasında generallar da yer alır. 

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR