Ermənistanda iki kənddə etiraz aksiyası keçirilib

Ermənistanda iki kənddə etiraz aksiyası keçirilib
  • DÜNYA

Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlər arasında toqquşma olub.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sakinlər kəndin icra nümayəndəsinin başçısı Zarzand Qriqoryanın istefasını tələb ediblər.
Bildirilib ki, Z.Qriqoryanın tərəfdarları onlara qarşı çıxıblar. Hadisə yerinə polis əməkdaşları gələndən sonra tərəflər arasında dava-dalaş olub.
Kəndə "Mənim addımım” blokundan deputat olan Taqui Kazaryan da gedib. Tərəflər arasında heç bir razılıq əldə edilməyib: "Danışıqların sakit keçdiyini, konsrtuktiv qərarın qəbul edildiyini deyənlər yalan danışır”.
Deputat vurğulayıb ki, kənd icra nümayəndəsinin başçısı istefasını tələb edənlərə qarşı güc tətbiq edir: "Sakinlər onun istefası ilə bağlı imza toplayıblar”.
Bildirilib ki, Zarzand Qriqoryan Ermənistan müdafiə nazirinin keçmiş müavini, general, keçmiş deputat, hazırda həbsdə olan Manvel Qriqoryanın qardaşı oğludur.
Başqa bir etiraz aksiyasını isə Ararat vilayətinin Nerkin Dvin kədinin sakinləri keçiriblər. Onlar "Şimal-Cənub” avtomobil yolunu bağlayaraq kənd yolunun təmirini tələb ediblər.
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR