Ermənistanda həbslər başlayır – Paşinyan generaliteti zərərsizləşdirir

Ermənistanda həbslər başlayır – Paşinyan generaliteti zərərsizləşdirir

Ermənistanda həbslər başlayır – Paşinyan generaliteti zərərsizləşdirir

Ermənistan hökuməti yüksək vəzifəli hərbçilərin həbsin planlaşdırır.

Aktual.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan müxalifəti bəyanat yayıb.

Müxalif Daşnaksütyun partiyasının təmsilçisi İşxan Saqatelyan deyib ki, yüksək vəzifəli hərbçilərin həbsi barədə göstəriş birbaşa Baş nazir Nikol Paşinyandan gəlib. "Bizdə məlumat var ki, Nikol Paşinyanın göstərişi ilə prokuroluq yüksək vəzifəli hərbçilərin həbsi ilə bağlı sanksiya hazırlayır”, - deyə o bəyan edib.

Saqatelyan bildirib ki, erməni ordusu xalqın yanında olduğunu bir daha nümayiş etdirdi.
Maraqlıdır ki, müxalifətin Azadlıq meydanında keçirdiyi aksiyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov da qatılıb. O, çıxışı zamanı Ermənistan hökumətini sərt təndiq edib.

Bu gün Baş Qərargah Nikol Paşinyanın istefasını tələb edib. Ermənistanın hərbi rəhbərliyi hesab edir ki, Paşinyan öz addımları ilə ölkəni uçuruma aparır.
Paşinyana qarşı istefa tələbi Baş Qərargah rəsinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsindən sonra gündəmə gəlib.

Nikol Paşinyan istefa tələbini hərbi çevrilişə cəhd kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa səsləyib. O, həmçinin Ermənistan prezidentinə Baş Qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən azad edilməsi üçün təqdimat göndərib. Ermənistan prezidenti Armen Sarkisyan sənədi imzalayandan sonra ölkədə siyasi böhran daha da dərinləşib. Proseslərin vətəndaş qarşıdurmasına gətirib çıxaracağı barədə ehtimallar irəli sürülür.
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR