Ermənistanda "donuz qripi"ndən daha bir ölüm qeydə alınıb

Ermənistanda
  • DÜNYA

Ermənistanda "donuz qripi"ndən daha bir ölüm hadisəsi baş verib.


Aktual.az "Report"a istinadən bildirir ki, ötən bazar günü bir qadın H1N1 virusunun qurbanı olub. Ermənistanın Səhiyyə Nazirliyi xəbəri təsdiq edib. Lakin nazirlik ətraflı məlumat verməyib.

Nazirlik poliklinikalara kəskin respirator virus infeksiyalarından şikayətlə 1275 nəfərin müraciət etdiyini açıqlayıb. Rəsmi məlumata görə, onlardan 781 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstələrin 92,8 faizini uşaqlar təşkil edir.

Daha əvvəl Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlər arasında toqquşma olub.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR