Ermənistan şirkətləri müflis olur

Ermənistan şirkətləri müflis olur

İrəvanın nəqliyyat şirkətləri iflas olmaq həddinə çatıb.

Aktual.az axar.az-a istinadən bildirir ki, hazırda onların milyonlarla dollar borcu var.

"Lüdviq və oğlan" şirkətinin direktoru Lüdviq Poqosyan İrəvan merinə 20 milyon dram, vergiyə 13 milyon dram, banka isə 1 milyon dollar borcu olduqlarını deyib:

"Aldığımız 40 avtobusdan yarısı isə qeyri-işlək vəziyyətdədir".

Ermənistan sərnişin daşıyıcıları ittifaqının sədri Qrant Yeqiazaryan statistikanın gündən-günə pisləşdiyini bildirib:

"Bu gün özəl sektorda 5 şirkət fəaliyyətini dayandırıb. Nəticədə insanlar getməli olduqları yerə iki avtobus dəyişirlər. Bu isə ikiqat əlavə xərcə səbəb olur".

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR