Ermənistan Roqozini "qara siyahı"ya salmaq istəyir

Ermənistan Roqozini

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Ermənistanda arzuolunmaz şəxs elan oluna bilər.
 
 
Aktual.az Azvision.az-a istinadən  xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb.
 
"Dmitri Raqozin ötən gün “Exo Moskva”ya müsahibəsi zamanı Azərbaycana silah satışı ilə bağlı Ermənistanın narazılıq etməsindən danışarkən kobud ifadələrdən istifadə edib”, - deyə qəzet yazıb.
 
Qeyd edək ki, müsahibə zamanı Raqozin “Mənim səfərimdən sonra orada (Ermənistanı nəzərdə tutur-red) dəhşətli demaqoqluq başladı. Adlar çəkmək istəmirəm, lakin insanlar özlərini pis apardılar”. 
 
Söhbət Raqozinin ötən ayın əvvəlində Bakıya etdiyi səfərdən gedir. Həmin səfərin əsas məqsədi Rusiya-Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq olub.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR