Ermənistan parlamentində deputatlar arasında dava düşüb - VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşüb - VİDEO
  • DÜNYA

 Ermənistan parlamentində "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında dava düşüb.


"Report” xəbər verir ki, məlumatı "Panorama” saytı yayıb.

Bildirilib ki, "Çiçəklənən Ermənistan”ın deputatı Arman Abovyan "İşıqlı Ermənistan”ın deputatı Arman Babcanyana "Səni parlamentin kürsüsündən Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan barədə böhtan yaymağa kim məcbur edir” deyə soruşub.

Bundan sonra tərəflər arasında dava düşüb. Parlamentin sədri Ararat Mirzoyanın sakitliklə bağlı çağırışlarına deputatlar məhəl qoymayaraq bir-birilərini döyüblər. 


Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR