Erməniləri təşvişə salan lövhə

Erməniləri təşvişə salan lövhə

Zəngəzur vilayətində Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb. Bu barədə məlumatı erməni KİV orqanı yayıb.

Bildirilir ki, üzərində "Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.

Qeyd edək ki, bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.//Qafqazinfo.az
Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR