İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb.

Aktual.az-ın məlumatına görə, fərmanda qeyd edilir ki, Azərbaycanda ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycanın vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdirilsin.

Nazirlər Kabineti nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Maliyyə Nazirliyinə fərmanda nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etmək tapşırılıb.

Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Xəbər 1214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR