Ermənilər Qarabağ yolunu bağladı - FOTO

Ermənilər Qarabağ yolunu bağladı - FOTO

Ermənistanda Qeqarkunisk rayonunun Astxadzor kəndinin sakinləri İrəvan-Vardanes-Qarabağ magistral yolunu bağlayıblar.

Publika.az "news.am”-a istinadən xəbər verir ki, kənd sakinləri içməli su probleminə görə etiraz edir.

Astxadzor kəndində icra nümayəndəsi Robert Xaçatryan deyir ki, onlar həm içmək, həm də əkin sahələrinin suvarmaq üçün su tapmırlar.

"Biz bu məsələni dəfələrlə qaldırmışıq, lakin problem həll olunmayıb. Kəndlilər mənə xəbər vermədən yolu bağlayıblar, lakin mən ora getməyəcəm. Çünki hər dəfə insanlara söz verirəm, yerinə yetirə bilmirəm. Mən insanları daha aldatmaq istəmirəm. Su yalnız saatlarla verilir, kartof əkini məhv oldu, çünki nə içməyə, nə də suvarmağa su yoxdur”, - deyə o bildirib.
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR