Ermənilər çıxılmaz vəziyyətdə: "Azərbaycanlılar gəlib yenə burda məskunlaşacaq"

Ermənilər çıxılmaz vəziyyətdə:

"Vəziyyət dəhşətlidir və xalqın gələcəyinin necə olacağını heç kim deyə bilməz. Biz böyük təhlükə altındayıq, xüsusən də Zəngəzur bölgəsinin əhalisi. Mən yaranmış təhlükədə gələcək görmürəm. Biz hökumətin nə düşündüyünü bilmirik, bizim hökumətimiz yoxdur".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın Qafan rayonun sakini deyib. Onun sözlərinə görə, bölgə əhalisi çıxılmaz vəziyyətdədir:

"Paşinyan deyir ki, azərbaycanlılara Zəngəzurdan yol verməyəcik. Bəs bu gün onlar necə olur ki, Qafan-Gorus yolunda istədikləri kimin keçib gedirlər? Sabah qar yağsa, alternativ yol keçilməz olacaq. Çox pis vəziyyətdəyik. Azərbaycanlılar günü-gündən irəliləyir, biz isə gündən-günə mövqelərimizi itiririk.
Ermənistanın planlı və anti-hökumət siyasəti nəticəsində biz Gorus-Qafan dövlətlərarası yolunu itirmişik, eyni zamanda Qafana daxil olan Şikahoğ, Sraşen, Çakaten, Şişkert və Tsav kəndlərinin təhlükəsizliyi təhlükə altındadır. Bu kəndlərin faktiki olaraq rayon mərkəzi Qafanla əlaqəsi kəsilib və indi onlar Qafana çatmaq üçün ya alternativ və keçilməz yollardan, ya da təxminən 150 kilometr uzunluğunda olan Meğri-Kacaran-Qafan yolundan istifadə etməli olurlar. Azərbaycanlılar zamanında burda yaşayıblar, indidə hakimiyyət yenidən onları gətirib buralarda məskunlaşdıracaq. Bilmrəm buranın camaatının taleyi necə olacaq. Böyük təhlükə ilə üzləşmişik və mən gələcəyi görmürəm. Ərazi baxımdan azərbaycanlılar çox yaxındadırlar. Bütün ermənilərə səslənirəm, birləşmək lazımdır, heç olmasa, indi birləşib xalqı qurtarmaq lazımdır".
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR