Ermənilər Camalaya qarşı 150 minlik kampaniyaya başladı - VİDEO

Ermənilər Camalaya qarşı 150 minlik kampaniyaya başladı   - VİDEO

“Eurovision – 2016” müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camalaya qarşı change.org saytında kampaniyaya başlanılıb.

Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir. 

“Eurovision 2016” mahnı müsabiqəsinin təşkilatçılarına ünvanlanan ilk petisiyanı Ermənistan vətəndaşı Artur Ohanesyan açıb. 

Kampaniyaya daha sonra Fransa, İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Rusiya, Serbiya və Avstraliya qoşulub.

Onlar təşkilat komitəsindən müsabiqənin nəticələrinə yenidən baxılmasını tələb ediblər.
Artıq lazımı olan 150 min imzadan 123 min 192 nəfərin imzası toplanıb.

Qeyd edək ki, mayın 14-də Ukrayna təmsilçisi 534 səs toplayaraq “Eurovision - 2016”-nın birincisi olub. 511 səslə Avstraliya ikinci, Rusiya isə 490 səslə üçüncü yeri tutub.



Azərbaycan təmsilçisi 117 səslə on yeddinci yerdə qərarlaşıb.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR