Erməni saytları darmadağın edildi

Erməni saytları darmadağın edildi

"Turan Ordusu" adlı haker qrupunun Azərbaycan qolu Ermənistana kiber hücum təşkil edib.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, “Anti-Armenia Team” Ermənistan Xarici İşlər Nazirliyi və səfirliklərinin saytlarına hücum edib. Hücumdan sonra Ermənistana aid bir çox dövlət qurumunun saytı hələ də fəaliyyətini bərpa edə bilməyib. 

Dağıdılan saytlar arasında Rusiya, Almaniya, Böyük Britaniya, Çin kimi bir çox ölkələrin səfirliklərinin veb səhifələri var. Dağıdılan saytlarda Azərbaycan bayrağı yerləşdirilib. 

Hücumlar erməni silahlı qüvvələrinin aprelin 2-də Dağlıq Qarabağda təxribat cəhdlərinə cavabdır.
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR