Erməni deputatlar rusların hərbi bazasını yoxlayacaq

Erməni deputatlar rusların hərbi bazasını yoxlayacaq

Ermənistan Milli Məclisinin Müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının üzvləri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına baş çəkmək niyyətindədir.

AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, ziyarətdə məqsəd bazaya vəd edilmiş müasir silahların gətirilib-gətirilməməsini yoxlamaqdır.

“Bununla erməni deputatlar 102-ci Rusiya hərbi bazasının 1994-cü ildə Ermənistan ərazisində yerləşdirilməklə əlaqədar imzalanan müqavilə ilə öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmək iqtidarında olub-olmamasına dair məlumat əldə etmək istəyirlər. Komissiyanın sədri Koryun Naqapetyan müxbirimizlə söhbətində belə bir səfərin planlaşdırıldığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.”, - qəzet yazıb.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR