Ərdoğanın toyu keçiriləcəyi zalda bomba yoxlaması

Ərdoğanın toyu keçiriləcəyi zalda bomba yoxlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan ilə iş adamı Səlcuq Bayraqdarın Küçükçekmece Halqalıdakı "Yahya Kamal Beyatlı" Sərgi Mərkəzində baş tutacaq nikah mərasiminə ciddi hazırlıq gedir. Nikahdan öncə gecəyarısı bəzi yollar bağlanıb.

Aktual.az cebhe.info-ya istinadən bildirir ki, İstanbul Təhlükəsizlik Müdiri Mustafa Çalışqan da gecə saatlarında nikahın keçiriləcəyi yerə gələrək işlərə şəxsən nəzarət ebib. Bomba mütəxəssisləri isə mədəniyyət mərkəzində və ətraf küçələrində axtarış aparıblar.

Süməyyə Ərdoğan-Səlçuk Bayraqdar cütlüyünün bu gün keçiriləcək nikah mərasimiylə əlaqədar hazırlıqlar gecə boyunca davam edib. Polis qrupları gecə yarısı sərgi mərkəzinə çıxan bütün əsas prospekt və ara küçələri dəmir baryerlərlə bağlayıb.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR