Ərdoğanın məhkəmə qərarını qəbul etməməsi - Parlamentdə davaya səbəb oldu + Video

Ərdoğanın məhkəmə qərarını qəbul etməməsi   - Parlamentdə davaya səbəb oldu + Video
  • DÜNYA

Aktual.az azvision.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib.

Prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.

Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib. Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib.

CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.






Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR