Ərdoğan Obama ilə nələri müzakirə edəcək?

Ərdoğan Obama ilə nələri müzakirə edəcək?
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Birləşmiş Ştatların PKK-nın Suriya qanadına münasibətini müzakirə edəcək.
 
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə R.T.Ərdoğan deyib.
Dövlət başçısı bu gün ABŞ prezidenti ilə telefon danışığı aparacağını bildirib.
Bundan əvvəl Türkiyə prezidenti bəyan etmişdi ki, ABŞ müttəfiqinin kim olduğunu müəyyənləşdirməlidir - Türkiyə, yoxsa Suriyadakı "Demokratik birlik" (PYD) adlı kürd partiyası.
R.T.Ərdoğan qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Türkiyə PYD və PKK-nın terror təşkilatları olduğunu çox gözəl anlayır.
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR