Ərdoğan: “Məhkəmənin qərarına hörmət etmirəm”

Ərdoğan:   “Məhkəmənin qərarına hörmət etmirəm”
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fildişi Sahillərinə edəcəyi səfərdən öncə Atatürk hava limanında jurnalistlərin suallarını cavablayıb.
Aktual.Az musavat.com-a istinadən xəbər veirr ki, jurnalistlər prezidentə “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və həmin qəzetin Ankara təmsilçisi Ərdəm Gülün sərbəst buraxılması ilə bağlı suallar verib.
Məlumata görə, Ərdoğan Konstitusiya məhkəməsinin qərarını dəyərləndirərkən bunları deyib: “ Konstitusiya məhkəməsi bu yöndə qərar verə bilər. Mən onların bu qərarına səssiz qalaram. Lakin bu qərara tabe olmuram, hörmət də etmirəm”.
Türkiyə prezidenti mətbuatın azadlığının sərhədsiz ola bilməyəcəyini də vurğulayıb: “Məncə mətbuatın sərhədsiz azadlığı olmamalıdır. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Onların hazırladığı xəbərlərdə bu ölkənin prezidentinə, baş nazirinə hər cür hücum olunub. Yəni, mətbuat adamı hər bir böhtanı atacaq, istədiyini yazacaq, biz də buna tamaşaçı qalacağıq? Belə bir şey olmaz”.
Xəbər 508 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR