Ərdoğan: İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edə bilər

Ərdoğan: İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə enerji və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyini açıqlayıb.

Aktual.az xəbər verir ki, Ərdoğan İraq tərəfinin Türkiyəyə gündə 1 milyon barel neft tədarük etməyə hazır olduğunu bildirdiyini deyib.

"Bizə dedilər ki, Türkiyəyə gündə 1 milyon barel neft göndərə bilərik. Bu halda başqa mənbələrdən asılı olmağa ehtiyac qalmaz. Qonşumuz İraqdan bu həcmdə neft tədarükü başlasa, tələbatımızı ödəyə bilərik”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, Ankara da öz növbəsində İraqın ehtiyac duyduğu müdafiə sənayesi məhsullarının tədarükünə töhfə verməyə hazırdır.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR