Ərdoğan Bakı səfərini təxirə saldı

Ərdoğan Bakı səfərini təxirə saldı
  • DÜNYA

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini təxirə salıb.

Prezident Ankarada baş vermiş partlayışa görə sabah Bakıya rəsmi səfərə gəlməyəcək.

Məlumat üçün bildirək ki, Ərdoğan sabah Gəncəyə səfər etməli idi. Lakin görüş yeri Gəncədə güclü duman olması səbəbindən Bakıya dəyişdirilib. 

Dumandan dolayı Türkiyədən Bakıya gələn heyətin bir qismi Naxçıvan hava limanına enib.

Ərdoğanın Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirakı gözlənilirdi.

Qeyd edək ki, Ankarada hərbi maşınların partlaması nəticəsində 24 nəfər ölüb, 61 nəfər yaralanıb.

Aktual.az

Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR