Ən böyük zavoddan çörəyin qiyməti ilə bağlı AÇIQLAMA

Ən böyük zavoddan çörəyin qiyməti ilə bağlı   AÇIQLAMA

Bizim istehsal etdiyimiz və istehlak bazarına təqdim etdiyimiz çörək və çörək məhsullarının qiymətlərində heç bir dəyişiklik edilməyib. İndi də məhsullarımızın satışını köhnə qiymətlər əsasında reallaşdırırıq.

Aktual.az  bildirir ki, bunu report-a açıqlamasında Bakının Xətai rayonu ərazisində yerləşən "Gilan Holdinq" MMC-yə məxsus Azərbaycanın aparıcı çörək istehsalçılarından olan 1№-li Çörək Zavodunun nümayəndəsi deyib.

Onun sözlərinə görə, adətən qiymətlərin bahalaşması planlaşdırılarkən bu barədə 10 gün öncədən zavodun bütün tərəfdaşları (pərakəndə satış məntəqələrinə) xəbərdar edilir: "Ümumiyyətlə, qiymətlərin necə dəyişəcəyi yaxın 1-2 ay ərzində məlum olacaq. Çünki bu gün Azərbaycanda bir çox mal və xidmətlərin qiyməti yüksəlib. Odur ki, bəzi şirkətlər bu səbəbdən məhsullarının qiymətini yüksəldib. Lakin 1№-li Çörək Zavodunun qiymət siyasətində hələlik dəyişiklik olmayıb".

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR