Əlverişsiz hava şəraiti İstanbul-Bakı aviareyslərini yubadır

Əlverişsiz hava şəraiti İstanbul-Bakı aviareyslərini yubadır

Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında iki aviareysin həyata keçirilməsi 2 saat gecikir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, İstanbuldan Bakıya aviareyslər 2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Qeyd edək ki, aviareyslər Sabiha Gökçen adına İstanbul Beynəlxalq hava limanında və İstanbulun Atatürk hava limanında həyata keçirilir.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar İstanbul məktəblərində tətil elan edilib.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR