Elmar Qasımov Olimpiya çempionuna qalib gəldi

Elmar Qasımov Olimpiya çempionuna qalib gəldi
  • İDMAN

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edəcək.

Aktual.az  apasport.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verəcək.

100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Tbilisi və Samsun Qran-Prilərinin qızıl medalçısı olan Elmar Olimpiya çempionuna heç bir şans verməyib.
 
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR