Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlayıb. 

Nazirlikdən verilən məlumata görə, bu kateqoriyadan olan 90nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.
Tədbir "2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlarınsosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.
Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədi ilə istirahət zonalarına göndərilməsi də yer alıb.
Bu məqsədlə bu ilin yaz-yay mövsümündə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR