Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq

Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-na qədər şənbə və bazar günləri Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.
Bu barədə Aktual.az-a "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.
Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR