Ekvadorda zəlzələ 41 can aldı

Ekvadorda zəlzələ 41 can aldı

Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin vitse-prezidenti Xorxe Qlas açıqlayıb. Onun sözlərinə görə, qurbanlarının sayı arta bilər.

Daha öncə 28 nəfərin öldüyü bildirilirdi.

Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR