Əfqanıstanda daha iki amerikalı hərbçi ölüb

Əfqanıstanda daha iki amerikalı hərbçi ölüb

Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində iki amerikalı hərbçi ölüb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı NATO missiyası məlumat yayıb. 
Ancaq xəbərdə hadisənin yeri və ölənlərin adları göstərilməyib. 
Məlumata görə, 2001-ci ildən etibarən Əfqanıstanda 2400-dək ABŞ hərbçisi ölüb. 
Hazırda Əfqanıstanda yerləşdirilən 14 min amerikalı hərbçi döyüş əməliyyatlarında iştirak etməklə yanaşı, bir qismi də yerli hərbçilərin hazırlanmasına cəlb olunur.




Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR