EBU-dan ermənilərin kampaniyasına CAVAB

EBU-dan ermənilərin kampaniyasına   CAVAB

Avropa Yayım Birliyi (EBU) "Eurovision - 2016" qalibi Camalaya qarşı change.org saytında start verilən kampaniyalara münasibət bildirib.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, qurumun ictimaiyyətlərlə əlaqələr departamentinin rəhbəri Pol Cordan petisiyalardan xəbərdar olduğunu söyləyib.

EBU nümayəndəsi bildirib ki, bu gün məsələyə baxılacaq:

"Petisiyalar barədə məlumatımız var, bu gün məsələyə baxılacaq, müzakirə olunacaq. Daha sonra nəticə açıqlanacaq. Nəticələrin dəyişəcəyi barədə ehtimal azdır".

Xatırladaq ki, "Eurovision 2016" mahnı müsabiqəsinin təşkilatçılarına ünvanlanan ilk petisiyanı Ermənistan vətəndaşı Artur Ohanesyan başladıb.

Sözügedən kampaniyaya Fransa, İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Rusiya, Serbiya və Avstraliya qoşulub.

Onların təşkilat komitəsindən müsabiqənin nəticələrinə yenidən baxılmasını tələb ediblər. Artıq lazım olan 35 min imzadan 29 mini toplanıb.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR