Dövlət Neft Fondunun gələn il üçün büdcəsi təsdiqləndi

Dövlət Neft Fondunun gələn il üçün büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında Fərman imzalayıb.

Aktual.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri 8 001 169,1 min manat, xərcləri isə 12 249 435,5 min manat məbləğində təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli

6 439 325,7

üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlir istisna olmaqla)

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

4 146,3

2.3.

Neftin və qazın Azərbaycan

Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir

21 930,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir

759 717,1

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

776 050,0

Cəmi

8 001 169,1

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 200 000,0

3.2.

"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə

Dövlət Proqramı”nın maliyyələşdirilməsi

20 533,6

3.3.

Azərbaycan Respublikası Dövlət Neft

Fondunun idarə edilməsi ilə bağlı xərclər

28 901,9

Cəmi

12 249 435,5

"2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib.

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR