Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

"Azərbaycan Respublikası Dövlət Neft fondu bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu SOFAZ-dan deyiblər.

Fonddan deyiblər ki, hazırda SOFAZ-ın qızıl ehtiyatları portfelinə 30175 kiloqram qızıl daxildir ki, bu da ümumi aktivlərin təqribən 3,5 faizini təşkil edir: "SOFAZ-ın vəsaitlərinin idarə edilməsi üzrə qaydalara uyğun olaraq ümumi aktivlərdə qızıl ehtiyatlarının payı fondun investisiya portfelinin 5 faizi həddini ötməməlidir".

Strukturdan qeyd ediblər ki, SOFAZ-ın qızıl alışı fondun strateji məqsədlərinə cavab verir.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə olan vəziyyətə görə SOFAZ-ın aktivləri ilin əvvəli (37,1 milyard dollar) ilə müqayisədə 6,38 faiz azalaraq 34,74 milyard dollar təşkil edib.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR