Dünyanın ən yaşlı məzunu - Elmi dərəcə almaq istəyir

Dünyanın ən yaşlı məzunu   - Elmi dərəcə almaq istəyir

Yapon sakini dünyanın ən yaşlı universitet məzunu olub. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 96 yaşlı Siqemi Hirata ən yaşlı universitet məzunu kimi Ginnesin rekordlar kitabına düşüb.



Məlumat üçün bildirək ki, Hirata 1919-cu il sentyabrın 1-də anadan olub. 2005-ci ildə 85 yaşı olarkən Hirata poeziya öyrənmək qərarına gəlib və Kyotonun İncəsənət və Dizayn Universitetinə qəbul olub. Universiteti bitirmək üçün ona 11 il vaxt lazım gəlib.

“Mən xoşbəxtəm. Mənim yaşımda oxumaq həmişə əyləncəlidir”, - deyə Hirata bildirib. O, 100 yaşına qədər yaşayıb təhsilini davam etdirmək istədiyini də qeyd edib: “Növbəti hədəfim 100 yaşına qədər yaşamaqdır. Əgər mən həmin vaxt yaxşı formada olsam, təhsilimi davam etdirmək və elmi dərəcə almaq barədə düşünəcəyəm”.

Hirata uzunömürlülüyünün və yaxşı əhval-ruhiyyəsinin ətrafındakı insanlarla əlaqəli olduğunu vurğulayıb.

Qeyd edək ki, Hiratanın 2 uşağı, 5 nəvəsi və 4 nəticəsi var.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR