Dünyanın ən böyük aysberqi qopdu

Dünyanın ən böyük aysberqi qopdu

Antarktidadan təxminən 1 trilyon ton çəkiyə malik aysberq qopub.

Aktual.az "APA”ya istinadən xəbər verir ki, aysberqin sahəsi 6 min kvadrat kilometr təşkil edir. Bu, təxminən, Uelsin dörddə bir hissəsinə bərabərdir.

Alimlər bu hadisəni gözləyirdi. Buzlaq 10 il müşahidə altında olub. Tədqiqatçılar buzlağın bölünməsini 2010-cu ildə müşahidə ediblər və bölünmə ötən il güclənib. Qopma 10-12 iyulda baş verib.

Larsen C buz şelfinin qitədən tamamilə qırılacağına dair, təxminən, 1 ay əvvəl xəbərdarlıq edilmişdi.

Buz parçasını qurudan ayıran çatın uzunluğu 200 kilometr təşkil edir.

Ekspertlər bu hadisəni qlobal iqlim dəyişikliyinin bariz nümunəsi hesab edirlər.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR