Dünyada minlərlə insan bu günü gözləyir - FOTO

Dünyada minlərlə insan bu günü gözləyir   - FOTO
  • DÜNYA

Dünyada minlərlə insan fevral ayının 29-nun gəlməsini gözləyir. Bu tarixdə dünyaya göz açan insanlar 4 ildən bir təsadüf edilən gündə doğum günlərini qeyd edirlər.

Aktual.az  exobaku.com-a istinadən bildirir ki, Türkiyədə doğum günü 29 fevral tarixində olan 35 min 33 vətəndaş rəsmi qeydiyyatdadır. 29 fevral tarixində doğulanlar arasında həm Türkiyənin məşhur insanları, həm də dünyada tanınmış məşhurlar var.

Aktyor Nejat İşler və "Trabzonspor" və "Beşiktaş" kimi komandalarda çalışmış futbolçu Çağdaş Atan, kino sənətçisi Nilüfer Aydan da 29 fevralda doğulanlar arasındadır.

Nejat İşler

Nilüfer Aydan

Dünyaca məşhur olan isimlər arasında rəssam Balthus, aktyor Coss Akkland, Jessie Aşer və Əlcəzairli məşhur müğənni Çeb Xaled də 29 fevralda dünyaya göz açıblar.

Çeb Xaled

Fənər Rum Patriarxı Bartolomeos da doğum günü 4 ildə bir dəfə rast gəlinən insanlar arasındadır.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR