Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü

Dünyada 1 603 433 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 95 716 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 356 440 nəfərə çatıb. Hazırda 49 125nəfərin vəziyyəti ağırdır.

"Report” "Worldometers”ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.
Burada 468 556 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 16 691 nəfərdir.
Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 153 222yoluxma və 15 447 ölüm.
İtaliyada isə 143 626 nəfər yoluxub, 18 279 nəfər dünyasını dəyişib.
Almaniyada 118 235 yoluxma və 2 607ölüm, Fransada 117 749 yoluxma və 12 210 ölüm, Böyük Britaniyada 65 077yoluxma və 7 978 ölüm faktı qeydə alınıb.
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR