Dünya futbolunda dəyişiklik

Dünya futbolunda dəyişiklik
  • İDMAN

Peşəkar Futbol Liqalarının yeni təşkilatı yaradılır.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, bütün dünya ölkələrini əhatə edəcək qurumun artıq 2016-cı ilin yanvarından fəaliyyətə başlayacağı planlaşdırılıb.

Bu barədə qərar aparıcı futbol liqalarının forumunda qəbul olunub. Fransanın paytaxtı Parisdə baş tutan görüşün nəticələrinə əsasən, Fransa, İspaniya, İngiltərə və daha 20 ölkənin futbol liqaları yeni assosiasiyanın yaradılması üzrə işlərə start verəcək. Onlar bunu FİFA ilə sıx əlaqədə gerçəkləşdirəcək.

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Frederik Tirye yeni qurum haqda fikirlərini bildirib: "Bütün dünyanın futbol liqaları FİFA-nın bərpasına kömək etmək istəyir. Beynəlxalq futbol təşkilatları xəstələnib, amma futbolun özü hələ ölməyib. Bizim təcrübə FİFA üçün də faydalı olacaq".

Qeyd edək ki, 2005-ci ildə yaranan Avropa Peşəkar Futbol Liqası (EPFL) neçə illərdir fəaliyyət göstərsə də, bütün dünyanı əhatə edən belə bir qurum indiyədək yoxdur. 2013-cü ildən EPFL-a üzv olan Azərbaycan Peşəkar Futbol Liqasının yeni quruma da qoşulacağı mümkündür.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR