Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqladı

Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqladı
  • DÜNYA

"Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.

"Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax” telekanalına müsahibəsində bildirib.

"Hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb”, - o vurğulayıb.

2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: "2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.

Sabiq dövlət başçısı ABŞ indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: "Bütün dünyada istehza mənbəyinə çevirilmişik”.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR