DİN ağır yol qəzaları ilə bağlı məlumat yaydı

DİN ağır yol qəzaları ilə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi ölkə ərazisində baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
Aktual.az-ın nazirliyin saytına istinadən məlumatına görə, dekabrın 29-da saat 11 radələrində Bərdə rayonunun Hacalı kəndində Ağcabədi rayon sakinləri Hüseyn Cəfərovun idarə etdiyi “QAZ-3302” və Samir Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. S.Bayramov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, S.Bayramov orada ölüb.

Oxşar hadisə Ağdaşda da baş verib. Dekabrın 29-da saat 18 radələrində Ağdaş şəhərində rayon sakini Elxan Şədiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Araz Cəbrayılovun idarə etdiyi “MTZ” markalı traktora vurub. Nəticədə E.Səmədovun sərnişinlərindən atası Məhəmməd hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Bundan başqa dekabrın 29-da saat 22 radələrində Xaçmaz rayonunun Sabiroba kəndində rayon sakini Süleyman Nəcəfovun idarə etdiyi “VAZ-21074” və Rusiya Federasiyası vətəndaşı Yusub Kamilovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə S.Nəcəfovun sərnişinlərindən həmkəndlisi Orxan Muradov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR