“Dərin dövlət”in “Çakır”ı anasının dəfnində — VİDEO

“Dərin dövlət”in “Çakır”ı anasının dəfnində   — VİDEO
  • DÜNYA

Aktual.az musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin yeraltı dünyasının məşhur ismi Ələddin Çakıcının anası Şakirə Çakıcı dəfn edilib. Dəfn mərasimində hazırda məhkumluq həyatı yaşayan Ələddin Çakıcı da qatılıb.
Türkiyə Ədliyyə Nazirliyi Ələddin Çakıcının dəfn mərasimində iştirakına xüsusi icazə verib və o həbsxanadan müvəqqəti buraxılıb.
Dəfn mərasimində yüksək təhlükəsizlik tədbirləri görülüb. Gətirilən çələnglər də yoxlanılıb.
Dəfn zamanı Ələddin Çakıcının qandalları çıxarılıb. O, anasının tabutu başında göz yaşlarını saxlaya bilməyib.
 
 
Qeyd edək ki, “Kurtlar vadisi” serialındakı Süleyman Çakır obrazının Ələddin Çakıcını canlandırdığı iddia edilir.
 
Aktual.az
Xəbər 694 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR