Deputatdan bütün tələbələri sevindirəcək TƏKLİF

Deputatdan bütün tələbələri sevindirəcək TƏKLİF

"İctimai nəqliyyatda tələbələr üçün müəyyən güzəştlərin olması vacibidir”.
 
Aktual.az xəbər verir ki, bu barədə deputat Cəbi Quliyev Milli Məclisin bu gün keçirilən iclasında məsələ qaldırıb.

"Müəyyən güzəştlər tələbələrə də aid edilməlidir. Bu məsələ Naxçıvanda təhsil alan və ya Naxçıvandan olan tələbələrə də aiddir. Çünki minlərlə tələbə təyyarədən istifadə edir. Ona görə də gələn ilin büdcəsindən tələbələrə nəqliyyat vasitələrinə güzəştlər üçün maliyyə ayrılmalıdır. Bu, həmçinin digər nəqliyyat vasitələrinə də aid edilməlidir”, - deyə deputat vurğulayıb.(Yenisabah.az)

Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR