Deputat parlamentdə “Prius”lardan danışdı

Deputat parlamentdə “Prius”lardan danışdı

"Gündəlik olaraq bir neçə dəfə taksidən istifadə edən şəxs kimi onların problemlərini, narahat edən məsələləri bilirəm”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşən Musayev deyib.
"Taksi sahəsinə yalnız peşəkarların gəlməsi doğrudur, amma gəlin onların fəaliyyətinə baxaq. Bir taksi operatoru gündəlik olaraq sürücüyə 24 gediş verib. Bu da sürücünün gündəlik olaraq 14-15 saat işləməsinə səbəb olur. Eyni zamanda bu, onların istismarı deməkdir. Bir müddət əvvəl "Prius”ların adı çıxmışdı. Qeyd edirdilər ki, "Prius” sürücüləri qəza törədirlər. Bildirim ki, bu şəraitdə işləyən sürücü "Mercedes”ə və ya başqa avtomobilə otursa da, eyni şey olacaq. Günün yarısından çoxunu işləyən sürücü hər avtomobildə qəza törədə bilər”,- deyə o bildirib.(modern.az)

Xəbər 2006 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR