Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirildi

Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirildi

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılan ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
 
"Report”un xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə 3 saat televiziyada, 3 saatda radioda olmaqla ümumlikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq. O bildirib ki, həftədə 3 dəfə nəzərdə tutulan efir vaxtının hər mərhələsi 1 saat olacaq.
MSK sədrinin müavini qeyd edib ki, efirdə şəxsiyyəti alçaldan çıxışlar etmək yolverilməzdir.
Sonra püşkatma keçirilib, nəticəyə əsasən, İTV-də prezidentliyə namizədlərin çıxışları üçün ardıcıllıq belə olacaq: 1-ci Zahid Oruc, 2-ci Araz Əlizadə, 3-cü Qüdrət Həsənquliyev, 4-cü İlham Əliyev, 5-ci Razi Nurullayev, 6-cı Sərdar Cəlaloğlu (Məmmədov), 7-ci Fərəc Quliyev, 8-ci Hafiz Hacıyev. Çıxışların hər biri 7 dəqiqə 30 saniyə olacaq.
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR